Öldürülən prezidentin mühafizə xidmətinin daha bir rəhbəri həbs edilib

  27 İyul 2021    Oxunub :413
Öldürülən prezidentin mühafizə xidmətinin daha bir rəhbəri həbs edilib
Haiti polisi qətlə yetirilmiş prezident Jovenel Moizin mühafizə xidmətinin təhlükəsizlik məsələləri üzrə baş koordinatorunu həbs edib.
Azvision.az xəbər verir ki, bu “Haiti24” xəbər portalı məlumat verib.

Bundan əvvəl komissar Jan Laqel Sivilya dövlət başçısının iqamətgahına hücum hadisəsi ilə bağlı ifadə vermək üçün respublikanın Baş Prokurorluğuna çağrılıb.

Qeyd edək ki, Moiz 7 iyul tarixində naməlum şəxslər tərəfindən yaşadığı evə silahlı hücum nəticəsində öldürülüb, həyat yoldaşı isə yaralanıb. Mühafizəçilərdən heç kim xəsarət almayıb. Hakimiyyət orqanları hücumu ən azı 26 Kolumbiya vətəndaşının daxil olduğu qruplaşmanın törətdiyini bəyan edib. Onların bəziləri artıq saxlanılıb. Prezident iyulun 23-də respublikanın şimalındakı Kap-Haiten şəhərində dəfn edilib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Haiti   Prezident  







Xəbər lenti