Parfyonov Azərbaycanın qələbəsini şərh etdi: "Yaxşı hazırlanmış revanşdır"

 Parfyonov Azərbaycanın qələbəsini  şərh etdi: "Yaxşı hazırlanmış revanşdır"
  28 İyul 2021    Oxunub:1746
Tanınmış rus jurnalist Leonid Parfyonov İkinci Qarabağ müharibəsinin nəticələri barədə yazıb. Azvision.az xəbər verir ki, o, Ermənistan üçün acı nəticələrə gətirib çıxaran müharibənin Azərbaycana çox şey qazandırmasına işarə vurub:
"Azərbaycan 2020-ci ilin payızında SSRİ-nin dağılması zamanı respublikanın itirdiyi ərazi olan Dağlıq Qarabağın əhəmiyyətli bir hissəsini nəzarətə götürdü. Bu, 90-cı illərin əvvəllərində Ermənistana qarşı məğlubiyyət görə yaxşı hazırlanmış bir revanş idi”,- yazan Parfyonov Azərbaycanın uzun müddətdir ki, neft gəlirlərini artırdığını, ölkəmizin təkcə hərbi büdcəsinin Ermənistanın ümumilikdə dövlət büdcəsindən böyük olduğunu xatırladıb. Qeyd edib ki, bu illər ərzində Ermənistan rəhbərliyi hər zaman özünə inamlı və diqqətsiz olub.
- Azərbaycan əsas müttəfiqləri sayılan və "dron gücləri" kimi tanınan Türkiyə ilə İsraildən çoxlu sayda silah alıb. İsraillilərin burada öz siyasi maraqları var: Yəhudi dövlətinə düşmən olan İranla sərhəddə partnyor qazanmaq,- rus jurnalist yazıb.


Azərbaycanın ötən müharibədə ermənilərin işğal etdikləri bölgələri, qədim Şuşanı geri qaytardığını deyən Parfyonov əlavə edib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın vəzifəsini qorusa da, xeyli zəifləyib, erməni cəmiyyəti isə parçalanıb:
- Əvvəllər nəticəsiz danışıqlar aparan Avropa və Amerika indi tamamilə kənarda qalıblar. Moskva atəşin dayandırılması ilə bağlı razılaşmada vasitəçilik edib. İndi Qarabağda rusiyalı sülhməramlılar var. Ermənistan Qarabağla Laçın dəhlizi ilə əlaqələndirildiyi kimi, indən sonra Azərbaycan da Türkiyə ilə birbaşa sərhədi olan və əvvəllər yerüstü əlaqəsi kəsilmiş Naxçıvan ərazisi ilə bağlanacaq. Özü də Ermənistan ərazisindən keçən nəqliyyat dəhlizilə. Yəni NATO-ya üzv olan türklər ilk dəfə müttəfiqləri Azərbaycan vasitəsilə postsovet ərazisinin dərinliklərinə girirlər.

Tural Tağıyev
Azvision.az


Teqlər: Qarabağ   türkiyə   Azərbaycan   Ermənistan   Dəhliz   Naxçıvan  





Xəbər lenti