Konqresmendən azərbaycanlı səfirlə bağlı bəyanat
H.Kuelar, Elin Süleymanovun diplomatiyaya qoşulmamışdan öncə Toledo Universitetində ABŞ-ın Maski proqramı ilə təhsil alan ilk Azərbaycanlı olduğunu və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığında (UNHCR) çalışdığı zaman Ermənistanla Azərbaycan arasındakı münaqişə nəticəsində öz evlərindən ayrı düşmüş məcburi köçkünlərə qayğı və müdafiəsini vurğulayıb.
Bundan əlavə dünyada diplomatiya sahəsində tanınmış təhsil mərkəzlərindən sayılan Feltçer məktəbində magistr dərəcəsini alan ilk Azərbaycanlı olması qeyd olunaraq Los-Anceles şəhərində ilk Baş konsul vəzifəsində çalışdığı bildirib. Texas ştatı ilə xüsusi əlaqələri vurğulanaraq Laredo şəhərinə səfərləri qeyd olunub və Texas Beynəlxalq Universiteti (TAMİU) ilə əməkdaşlığın qurulduğu nəzərə çatdırılıb.
Azvision.az
Teqlər: ABŞ Azərbaycan