Kəlbəcərdə təxribat törədən 3 erməni hərbçi zərərsizləşdirilib - YENİLƏNİB

  28 İyul 2021    Oxunub :1998
 Kəlbəcərdə təxribat törədən 3 erməni hərbçi zərərsizləşdirilib -  YENİLƏNİB
Ermənistan Silahlı Qüvvələri hərbçilərinin Azərbaycanla dövlət sərhədində atəşkəsi pozduqları üçün görülən cavab tədbirləri nəticəsində 3 erməni hərbçi ölüb.
Azvision.az xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Müdafiə Nazirliyi yayıb.

Qeyd olunub ki, iki erməni hərbçisi yaralanıb. Onların vəziyyəti barədə məlumat verilməyib.

***09:45***

Ermənistan Müdafiə Nazirliyi bir neçə hərbçinin yaralanması ilə bağlı məlumat yayıb.

Azvision.az xəbər verir ki, nazirliyin mətbuat xidməti sərhəddə yaranmış insident nəticəsində iki əsgərin güllə yarası aldığını bildirib.

"Bu gün saat 07: 30-a olan məlumata görə erməni tərəfində iki yaralı var, daha beş hərbçi haqqında isə məlumat dəqiqləşdirilir", - Müdafiə Nazirliyinin xəbərində ​​deyilir.

Tural Tağıyev
Azvision.az

Teqlər: Ermənistan   Yaralı  







Xəbər lenti