Tavuşda partlayış: Yaralılar var

 Tavuşda partlayış:  Yaralılar var
  28 İyul 2021    Oxunub:978
Ermənistanın Tavuş rayonunda yanacaqdoldurma məntəqəsində partlayış baş verib.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Tavuş rayonunun Lusadzor kəndindəki ZIL markalı yük avtomobilinin qaz balonu partlayıb. Yaralıların olduğu bildirilir. Hadisə yerində iki yanğınsöndürmə və xilasetmə qrupu çalışır.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Ermənistan   Partlayış  





Xəbər lenti