Məhkəmə Assanjı Ekvador vətəndaşlığından məhrum etdi

Məhkəmə Assanjı Ekvador vətəndaşlığından məhrum etdi
  28 İyul 2021    Oxunub:795
WikiLeaks-in qurucusu, avstraliyalı Culian Assanj Ekvador vətəndaşlığından məhrum edilib.
Azvision.az xəbər verir ki, bu barədə “ABC” Ekvador Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.

2018-ci ilin yanvarında Ekvador vətəndaşlığı alan Assanj, 26 iyulda məhkəmə qərarı ilə ondan məhrum edilib.

Ekvador XİN-in açıqlamasında məhkəmənin müstəqil hərəkət etdiyi və əvvəlki hökumətin qəbul etdiyi qərarı nəzərdən keçirərkən lazımi prosedurlara riayət etdiyi vurğulanıb.

Onun vəkili Karlos Poveda isə məhkəmə iclasında iştirak etmək imkanından məhrum edildiyindən Asanjın hüquqlarının pozulduğunu söyləyib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Culian-Asanj  





Xəbər lenti