ABŞ və NATO-nun Əfqanıstandakı missiyası iflasa uğradı - Şoyqu

ABŞ və NATO-nun Əfqanıstandakı missiyası iflasa uğradı - Şoyqu
  28 İyul 2021    Oxunub:638
ABŞ və NATO-nun Əfqanıstandakı missiyası iflasa uğradı, ölkədə vəziyyət sürətlə pisləşir və praktik olaraq hakimiyyətin nəzarətindən çıxır.
Azvision.az xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin müdafiə nazirlərinin iclasında deyib.

"Ölkənin şimal sərhəd bölgələrində hadisələrin dərinləşməsi və əfqanların kütləvi şəkildə Tacikistan və Özbəkistana keçməsi ABŞ ilə “Taliban” arasındakı razılaşmanın yerinə yetirilmədiyini göstərir", - Şoyqu bildirib.

Onun sözlərinə görə, “İŞİD” və digər beynəlxalq terror təşkilatlarının mövqelərinin güclənməsi xüsusi narahatlıq doğurur, çünki onların qonşu ölkələrə nüfuzetmə təhlükəsi artır.

"Beləliklə, ABŞ və NATO -nun Əfqanıstandakı missiyasının iflasa uğradığını bildirmək məcburiyyətindəyik", - Şoyqu vurğulayıb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Sergey-Şoyqu   Əfqanıstan   ABŞ   NATO  





Xəbər lenti