Ötən gün 1977 nəfər toylara buraxılmayıb

Ötən gün 1977 nəfər toylara buraxılmayıb
  29 İyul 2021    Oxunub:1063
Ötən gün 1 977 nəfər COVID-19 pasportu olmadığına görə toy şənliklərinə buraxılmayıb.
Bu barədə Azvision.az -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, iyulun 28-də Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 294 toy şənliyinin monitorinqini həyata keçirib. Monitorinq 213 şadlıq sarayında, 81 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Azvision.az



Teqlər: Toy  





Xəbər lenti