Azərbaycanda toylara görə 2 nəfər həbs edilib

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 100 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 2 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə inzibati qaydada həbs edilib, 4 nəfər barədə material baxılması üçün məhkəməyə göndərilib, 1977 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.
Azvision.az
Teqlər: DİN