Tokioda virusa yoluxnaların sayı 198 nəfərə çatıb

  29 İyul 2021    Oxunub :456
Tokioda virusa yoluxnaların sayı 198 nəfərə çatıb
Son sutkada Tokio Olimpiadası ilə əlaqəli daha 24 nəfərdə koronavirusa yoluxma halı qeydə alınıb.
Azvision.az xəbər verir ki, bu barədə hesabat “Tokio-2020”nin təşkilat komitəsinin saytında yerləşdirilib. Bildirilir ki, həmin şəxslərdən üçü Atletlər kəndində yaşayan idmançılardır. Beləliklə Olimpiya Oyunları ilə əlaqəli şəxslər arasında koronavirusa yoluxanların ümumi sayı 198 nəfərə çatıb.

Kyodo agentliyini məlumatına görə, koronavirusa yoluxan iki əcnəbi yaxınlıqdakı xəstəxanaya yerləşdirilib. Qeyd edilir ki, vəziyyətləri ağır olan həmin şəxslər idmançı deyillər.

Yaponiya hökuməti iyulun 12-dən paytaxt prefekturasında fövqəladə vəziyyət rejimi elan etsə də virusun yayılmasının qarşısını ala bilmir. Onun avqustun 22-dək davam edəcəyi nəzərdə tutulur.

Azvision.az

Teqlər: Tokio  







Xəbər lenti