"Bloomberg": ABŞ əfqanların evakuasiyası üçün milyard dollar xərcləyəcək |
"Qanunsuz silahlı birləşmələr xüsusilə Herat, Qəndəhar və Qunduz kimi böyük şəhərləri ələ keçirmək üçün mübarizə aparır. Eyni zamanda, “Taliban”ın əsas qüvvələri artıq ölkənin paytaxtına yaxınlaşa bilib. Döyüşlər Kabildən təxminən 15 kilometr aralıda aparılır. ABŞ Hərbi Hava Qüvvələrinin son günlərdə silahlılar əleyhinə fəaliyyətə başlaması, hökumət qüvvələrinə hava zərbələri ilə göstərdiyi yardım isə istənilən nəticəni vermədi. Bu aviazərbələr yalnız hərəkat liderlərinin sülh razılaşmalarını pozmaq ittihamlarına səbəb oldu. Həmçinin, "Taliban" liderləri Əfqanıstanın Hindistan və Çinlə olan sərhədlərinə tam nəzarət etdiklərini açıqladılar. Bu fakt hazırda Hindistan və Çin hökumətlərini xüsusilə narahat edir",-məqalədə yazılıb.
Qeyd edək ki, dünən “Taliban"ın Qətərdəki siyasi ofisinin rəhbəri Molla Abdulla Qani Baradarın rəhbərlik etdiyi nümayəndə heyəti Çinə gedib. Çinin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Zhao Lijianın verdiyi məlumata görə “Taliban” təmsilçisi XİN rəhbəri Vanq Yi ilə görüşüb. Səfərdə məqsəd Əfqanıstandakı mövcud vəziyyəti və sülh prosesini müzakirə etmək olub.
Xatırladaq ki, bu, ABŞ və NATO qüvvələrinin Əfqanıstandan çıxarılmağa başlamasından sonra "Taliban" liderinin Çinə ilk səfəridir. Bundan əvvəl, Çin 2019-cu ildə "Taliban" heyətini qəbul edib. Həmin vaxt onlar Əfqanıstan üzrə xüsusi elçi Deng Xijunla görüşüblər.
Tural Tağıyev
Azvision.az