Ermənistanda virusdan ölənlərin sayı artıb

Ermənistanda virusdan ölənlərin sayı artıb
  29 İyul 2021    Oxunub:747
Ermənistanda son sutka ərzində daha 233 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 229 603 nəfərə çatıb.

Ermənistanda virusdan son sutkada 7 nəfər ölüb, pandemiya qurbanlarının sayı 4 604-ə yüksəlib. Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 1119 nəfərdir. Aktiv xəstələrin sayı 4378 nəfər təşkil edir.

Pərvanə Sulltanova
Azvision.az



Teqlər: Virus   Ermənistan  





Xəbər lenti