Qəbul imtahanlarında ən yüksək balı bu məzunlar yığdı - FOTO
Belə ki, 14-15 iyul tarixlərində keçirilmiş qəbul imtahanlarının (XI sinif üzrə) nəticələrinə əsasən, BŞTİ-nin tabeliyindəki 192 nömrəli tam orta məktəbin şagirdi Mirsaleh Məmmədov II mərhələdə bütün suallara düzgün cavab verərək 400 bal toplayıb. İmtahanın I mərhələsində 271 bal yığan istedadlı məzun hər iki mərhələnin cəminə görə 671 bal toplayıb.
Qeyd edək ki, M.Məmmədov 2019-cu ildə keçirilən Respublika fənn olimpiadalarında coğrafiya fənni üzrə III yeri tutub. 2021-ci ildə isə II yerə layiq görülərək Avropa Coğrafiya Olimpiadasına vəsiqə qazanıb.
III ixtisas qrupu üzrə ən yüksək nəticəni isə Bakı şəhəri 323 nömrəli tam orta məktəbin şagirdi Aygün Mahmudlu göstərib. Belə ki, II mərhələdə 396,2 bal toplayan məktəbli hər iki mərhələnin cəminə görə 657 bal toplayıb.
Uğur qazanmış bütün abituriyentləri, onların müəllimlərini və valideynlərini ürəkdən təbrik edir, müvəffəqiyyətlər arzulayırıq!.
Aytən Zəhra
Azvision.az