Rusiyada koronavirusa 23 270 yeni yoluxma aşkarlanıb

Rusiyada koronavirusa 23 270 yeni yoluxma aşkarlanıb
  29 İyul 2021    Oxunub:896
Rusiyada son sutka ərzində koronavirusa 23 270 yeni yoluxma halı qeydə alınıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 6 218 502 nəfərə çatıb.

Rusiyada son bir gündə 799 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 156 977 nəfərdir. İndiyədək 5 568 363 xəstə sağalıb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Virus   Rusiya  





Xəbər lenti