Tokioda yoluxma ilə bağlı növbəti rekord

  Tokioda yoluxma ilə bağlı növbəti rekord
  29 İyul 2021    Oxunub:827
Yaponiyanın paytaxtı Tokioda son sutka ərzində 3865 yeni yoluxma aşkarlanıb.
Azvision.az xəbər verir ki, bu barədə "Japan Today" məlumat yayıb.

Qeyd edilir ki, Olimiadaya ev sahibliyi edən Tokioda üç gündür ki, rekord sayda yoluxmaya rast gəlinir.

Məsələ ilə bağlı açıqlama verən Yaponiya Nazirlər Kabinetinin baş katibi Katsunobu Kato isə deyib ki, "Biz heç vaxt infeksiyanın yayılması ilə bağlı belə bir göstəricilər görmədik".

Xatırladaq ki, son iki gündə Tokioda 3177 və 2848 yoluxma qeydə alınıb.

Tural Tağıyev
Azvision.az



Teqlər: Tokio   Virus  





Xəbər lenti