Paşinyan Rusiyanı hədələdi: Sərhədi Qərb ölkələri qoruyacaq?

  29 İyul 2021    Oxunub :727
      Paşinyan Rusiyanı hədələdi:   Sərhədi Qərb ölkələri qoruyacaq?
Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan bu gün hökumətin iclasında Azərbaycana qarşı yersiz ittihamlar səsləndirib. Onun çıxışında Rusiyaya hədə dolu atmacaların yer alması da diqqət çəkib.
Məsələni Azvision.az -a şərh edən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, Paşinyan Moskvaya Rusiyadan narazılığını ifadə edən üstüörtülü iki mesaj göndərib.

Akop Aslanyan: "Ruslar heç vaxt ermənilərin dostu olmayıblar"
"Birincisi, Nikol Paşinyan rəsmi Bakının Qarabağdakı rusiyalı sülhməramlıların statusunu müəyyənləşdirmək istəmədiyini deyərək fikrini belə tamamlayıb: “Azərbaycanda erməni hərbçilər üzərində məhkəmələr davam edir. Həmin hərbçilər noyabrın 9-da rusiyalı hərbçilərin səlahiyyət zonasında əsir götürülüb”. Paşinyan bu cümlə ilə demək istəyib ki, Qarabağda erməni hərbçilərin əsir götürülməsinə Moskva göz yumub və Bakıya qarşı sərt açıqlama verməyib. Paşinyan Rusiyaya ikinci mesajında hədələyici cümlə işlədib: “Ermənistan-Azərbaycan sərhədində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının monitorinq qrupunun yerləşdirilməsini təklif edirəm. Əgər təşkilat çərçivəsində belə bir qrup yaradılması mümkün deyilsə, monitorinq qrupu ATƏT-in Minsk Qrupu formatında yaradılsın”. Yəni Paşinyan Moskvaya mesaj göndərir ki, siz sərhədimizi nəzarətə götürüb erməniləri Azərbaycandan "qorumaq" istəmirsinizsə, biz Fransa və ABŞ-ı dəvət edəcəyik ".



Politoloqun sözlərinə görə, Paşinyana da aydındır ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Rusiya sərhəd məsələsinə qarışmaq istəmir:

"Moskvanın özü Bakının təklifini səsləndirib: “Sərhəddə delimitasiya və demarkasiya işləri başlamalıdır”. Paşinyan “delimitasiya” və “demarkasiya” sözlərini ifadə etməkdən çəkinir. Ermənistan rəhbəri Rusiyanı erməni cəmiyyətinin gözündə daha da aşağılamağa çalışaraq sanki bu sözləri demək istəyir- “ay ermənilər, Rusiya bizi Azərbaycandan qorumaq istəmir. Odur ki, Qərbdəki dostlarımıza müraciət etməliyik”. ABŞ və Fransa isə Ermənistanda Rusiyanı əvəz etməyə hazırdır. Rusiya buna hazır deyil və rəqiblərini Ermənistana buraxmayacaq ".

Tural Tağıyev
Azvision.az

Teqlər:   Sərhəd   Paşinyan   Rusiya   Hədə  







Xəbər lenti