Moskva Azərbaycanın NATO təlimlərində iştirakına münasibət bildirib

  29 İyul 2021    Oxunub :578
Moskva Azərbaycanın NATO təlimlərində iştirakına münasibət bildirib
Gürcüstanda NATO üzvlərinin iştirakı ilə beynəlxalq «Agile Spirit-2021» (Cevik ruh) adlı hərbi təlimlər davam edir. Təlimlərdə Azərbaycan da iştirak edir.
Azərbaycan suveren dövlətdir. Moskva rəsmi Bakı ilə münasibətlərə böyük dəyər verir. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Azərbaycanın NATO-nun Gurcüstanda keçirilən hərbi təlimlərində iştirakını Kreml necə dəyərləndirir sualını cavablandırarkən belə deyib.

- Bizim Azərbaycanla münasibətlərimiz dəyərlidir və tərəfdaşlığımızın gələcək inkişafı üçün siyasi iradə var”, - deyə Peskov vurğulayıb.

Bununla yanaşı, Putinin sözçüsü bildirib ki, Kreml NATO-nun Gürcüstandakı təlimləri diqqətlə izlənilməlməsini vacib hesab edir. NATO-nun Rusiya sərhədlərinə yaxınlaşması onu təhlükəsizliyini təmin etmək üçün tədbirlər görməyə vadar edir.

Qeyd edək ki, regional böhran və çağırışlara daha effektli reaksiya vermək, bu sahədə əməkdaşlığı dərinləşdirmək, hərbi əməliyyatları çoxmillətli miqyasda yaxşılaşdırmaq və təhlükəsizliyi gücləndirmək məqsədilə keçirilən təlimlər avqustun 6-na kimi davam edəcək.

Tbilisidə bu təlimlər artıq 10-cu dəfədir keçirilir. Bu ilki təlimlərdə ABŞ, Böyük Britaniya, Almaniya və Türkiyə də daxil olmaqla 15 ölkədən 2500-dən çox hərbçi iştirak edir.
Səbinə Həsənova
Azvision.az




Teqlər: NATO  







Xəbər lenti