"Dünyanı ittiham edirik, amma xaini aradan götürmürük"- Mnatsakanyan

   "Dünyanı ittiham edirik, amma xaini  aradan götürmürük"-   Mnatsakanyan
  29 İyul 2021    Oxunub:2079
Erməni siyasi analitik Levon Mnatsakanyan ölkəsindəki ağır hərbi-siyasi durumdan gileylənib.
Azvision.az xəbər verir ki, yerli mediaya son günlərin sərhəd insidentlərini şərh edən ekspert erməni cəmiyyətini də qınayıb:

"İnsanlar Rusiyanı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını, ABŞ-ı, Fransanı, NATO -nu və ümumiyyətlə dünyanı ittiham edirlər. Belə bir ittihamınızla bərabər siyasi ambisiyalar olmadan Ermənistanı və Qarabağı düşmənə verən vətən xaininə(Nikol Paşinyan-red.) qarşı birlikdə mübarizə aparmağa çalışdınızmı?

Dünyanın istənilən ölkəsində xalq müharibədəki uğursuzluqdan sonra məğlub olan lideri, bizim vəziyyətimizdə isə satqın rəhbəri əvvəlcə aradan götürərdi. Yalnız bundan sonra cəmiyyət bu və ya digər dövləti yaxud da geosiyasi vəziyyəti günahlandırardı".

Tural Tağıyev
Azvision.az



Teqlər:





Xəbər lenti