Bütün imkanları səfərbər etmişik - Ərdoğan

Bütün imkanları səfərbər etmişik -    Ərdoğan
  29 İyul 2021    Oxunub:1540
Türkiyədəki meşə yanğınlarının qarşısının alınması üçün hakimiyyət bütün imkanlarını səfərbər edib.
Azvision.az xəbər verir ki, bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan bildirib.

"Türkiyə hakimiyyəti meşə yanğınların aradan qaldırılması və söndürülməsi üçün bütün imkanlarını səfərbər edib", - Ərdoğan deyib.

Bundan əvvəl Prezidentin sözçüsü İbrahim Kalın meşə yanğınlarını milli fəlakət adlandırıb. Onun sözlərinə görə, müvafiq qurumlar yanğınların səbəblərini hərtərəfli araşdırır.

Azvision.az



Teqlər: Türkiyə   Yanğın  





Xəbər lenti