Albinizmlilərə hücumlar artıb: Ən çox uşaqlar öldürülürlər
"Albinizmi olan insanlara qarşı cinayət hadisələrinin və ya hücum hallarının artması məni çox kədərləndirdi. Hücum edənlər albinizmli şəxslərin bədən hissələrinin müəyyən "iksirlərdə" istifadə edilməsinin uğurlar və sərvət gətirə biləcəyinə dair yanlış inanca sahib olurlar. Daha da faciəlisi isə budur ki, qurbanların çoxu uşaqlardır",- ekspert açıqlamasında bildirib.
Tural Tağıyev
Azvision.az