Heyvan sevgisi bizi insan edir – Kövrək rəsmlər

   Heyvan sevgisi bizi insan edir –    Kövrək rəsmlər
  29 İyul 2021    Oxunub:5666
“Biz əhliləşdirdiklərimizə görə məsuliyyət daşıyırıq” deyirdi Balaca Şahzadə. Onların bizə və sevgimizə ehtiyacları var. Və bu sevginin əvəzini bizdə müsbət emosiyalar yaratmaqla, ürəyimizi isitməklə qaytarırlar.
Bugünlərdə Bakıda bir pişiyə qarşı olan vəhşilik sosial şəbəkədə böyük hiddət dalğasına səbəb olmuşdu. Olmalıdır da. Çünki məhz heyvanlara olan münasibətimiz bizim necə insan olduğumuzu əyani şəkildə göstərir.

Bu hisslərin zərif və kövrək təsvirini göstərmək üçün AzVision sizi “Peijin” ləqəbli illustratorun işlərilə tanış olmağa dəvət edir. Rəsmlərində heyvanlara sevgini tərənnüm edən “Peijin” Almaniyada, Münhendə yaşayır. O, ixtisasca mühəndisdir, amma sevdiyi işlə məşğul olmaq üçün peşəsini dəyişib və hesab edir ki, hər kəs rəssam ola bilər.

- Onlar bizim həyatımızda səhifədirlər, biz isə onların bütün həyatıyıq,- deyən rəssam yaradıcılığında heyvanların insan həyatında nə qədər önəmli olduğunu göstərməyə çalışır.
















Digər rəsmlərlə fotolentdə tanış ola bilərsiniz:

Qalereya




Teqlər: Rəsm   Heyvanlar  





Xəbər lenti