Türkiyədə yanğınlar ağır fəsadlar törədir- FOTOLAR

   Türkiyədə yanğınlar ağır fəsadlar törədir-   FOTOLAR
  30 İyul 2021    Oxunub:3615
Türkiyədə bir neçə gün öncə başlamış dəhşətli meşə yanğınları hələ də davam edir. Azvision.az xəbər verir ki, bu barədə ölkə səlahiyyətliləri məlumat yayıb.
Qeyd edilir ki, əslində temperaturun ən yüksək həddə çatdığı və "yanğınlar mövsümü" kimi xarakterizə edilən iyul ayında belə təbii fəlakətlərin baş verməsi adi haldır. Lakin bu dəfə Türkiyəyə misli görünməmiş bir ziyan dəyib. Genişlənən alovlar yalnız meşələri, flora və faunanı deyil, yanğın bölgəsinə yaxın bütün kəndləri, yaşayış massivlərini, turizm obyektlərini də viran qoyub.



Yerli medianın yazmasına görə, səlahiyyətlilər xüsusən də turistlər arasında daha çox populyar olan cənub bölgələrində baş verən yanğınların səbəblərini araşdırırlar. Burada meşələrin süni şəkildə yandırılması şübhəsi yaranıb.



Bu gün yanğınlar səbəbilə ölənlərin sayının artıq dörd nəfərə yüksəldiyi bildirilir.
"Ən dağıdıcı yanğın hadisələrinin isə Antalyanın Manavqat bölgəsində baş verib. Güclü küləklər yanğınsöndürənlərin yerdə və havada apardıqları əməliyyat işlərinə mane olur",-yerli saytlar yazıb.



Qeyd edək ki, son iki gündə ölkədə 60 -dan çox meşə yanğını qeydə alınıb. Onlardan 43 -ü nəzarət altına alınıb. Təxminən 4000 yanğınsöndürən, üç təyyarə, 38 helikopter, yüzlərlə xilasetmə maşını dünya gündəminə çevrilən bu meşə yanğınları ilə mübarizə aparır.





























Tural Tağıyev
Azvision.az



Teqlər: Yanğın   Türkiyə  





Xəbər lenti