Xaçmazdakı qətllə bağlı məlumat
Aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin tanışı Mübariz Mirzəbəyev şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Könul Bayramovaya çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürüb.
Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Mübariz Mirzəbəyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda istintaq davam edir.
Azvision.az
Teqlər: Qətl