Baydendən vaksin təklifi: Peyvənd olunanlara 100 dollar verin

   Baydendən vaksin təklifi:   Peyvənd olunanlara 100 dollar verin
  30 İyul 2021    Oxunub:1645
ABŞ prezidenti Co Bayden hökumət nümayəndələrinə və yerli özünüidarə orqanlarına maraqlı çağırış edib. O məmurları insanlar arasında peyvəndi stimullaşdırmaq üçün 100 dollar ödəməyə çağırıb.
Azvision.az xəbər verir ki, bu barədə "The Hill" məlumat yayıb.

Bu məqsədlə Bayden 1.9 trilyon dollarlıq Amerika Xilasetmə Planının vəsaitlərindən istifadə etməyi təklif edir.

"Bilirəm ki, insanlara peyvənd olunacağı təqdirdə pul ödəmək artıq vaksinasiyadan keçmiş vətəndaşlara qarşı haqsızlıq kimi görünə bilər. Amma məsələ budur: əgər təşviqlər bu virusu məğlub etməyimizə kömək edərsə, inanıram ki, onlardan istifadə etməliyik. Daha çox insanı vaksinasiyadan keçirə bilsək, hamımızın xeyrinə olacaq",- Bayden deyib.

Tural Tağıyev
Azvision.az



Teqlər: ABŞ   Vaksin  





Xəbər lenti