"Taliban" özü qurduğu tələyə düşüb: 12 yaraqlı öldü

   "Taliban" özü qurduğu tələyə düşüb:   12 yaraqlı öldü
  30 İyul 2021    Oxunub:762
Əfqanıstanda 12 "Taliban" yaraqlısı ölüb.
Azvision.az 1TV News -a istinadən xəbər verir ki, terrorçular hökumət qüvvələri üçün hazırladıqları tələyə özləri düşüblər. Yerli hakimiyyət orqanlarının yaydığı məlumata görə, hadisə Şerzad rayonunda baş verib.

"Yaraqlılar qarşı tərəf üçün bombalı tələ qurublarmış. Lakin baş verən maraqlı bir hadisə nəticəsində özləri bu tələnin qurbanı olublar",-məlumatda deyilir.

Tural Tağıyev
Azvision.az



Teqlər: Taliban  





Xəbər lenti