"Ermənistanın hərəkətləri öz imicinə xələl gətirir" - Qazaxıstanlı politoloq

  31 İyul 2021    Oxunub :516
"Ermənistanın hərəkətləri öz imicinə xələl gətirir" -    Qazaxıstanlı politoloq
Son zamanlar xəbər lentlərində Azərbaycan-Ermənistan sərhədindəki gərginliklə bağlı məlumatlar artmaqdadır. Bunun səbəbləri haqqında Azvision.az qazaxıstanlı politoloq, Almatı şəhəri Xalq Təsərrüfatı Universitetinin Hüquq və Sosial Elmlər Məktəbinin dosenti Saken Mukan ilə söhbətləşib.
- Ermənistanın revanşist əhval-ruhiyyəsinin artdığı müşahidə olunur, müharibəni dayandırmaq üçün 2020-ci ilin noyabrında hüquqi sənədlə möhkəmləndirilən əsas motivlər nəzərə alınmır,- politoloq deyib.- Müəyyən qüvvələr iki ölkə arasında onsuz da gərgin olan vəziyyəti daha da gərginləşdirmək istəyirlər. İlham Əliyevin sülh müqaviləsi imzalamaq çağırışları isə əmin-amanlığı təmin etmək, birgə yaşayışa nail olmaq, bununla Ermənistanı regional proseslərə daxil etmək üçündür. “Azərbaycanın gündəmi Avropa İttifaqı, Türkiyə və Rusiyanın gündəminə uyğundur”,- deyən İlham Əliyev vurğuladı ki, Rusiya və Azərbaycan müharibənin bitdiyini hesab edirlər. Bundan əlavə, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin bölgəyə son səfəri göstərdi ki, Aİ-nin Şərq Tərəfdaşlığı proqramı sülhün bərqərar olduğu sabit bir bölgədə maraqlıdır.

Mukanın fikrincə, xarici oyunçular aydın başa düşməlidirlər ki, sülh müqaviləsinin imzalanması İrəvanın bölgədə - Qarabağda və onun hüdudlarından kənarda təxribatçı hərəkətlər etməməsinə və yekun sülh quruculuğuna xidmət edəcək. Bugünkü dünya iqtisadiyyatının inkişaf konyukturasından çıxış etsək, gərginlik heç kimə, o cümlədən, xarici oyunçulara fayda verməyəcək.

- Paşinyanın sərhədlərin bütün perimetri boyunca hərbi kontingent yerləşdirmək üçün Rusiyaya müraciətinin hərbi-siyasi əsası yoxdur və gündəmə uyğun deyil. Əksinə, Qarabağda dinc həyatın bərpasının qarşısını alan hər bir maneə Ermənistanın gələcəkdə bölgəyə inteqrasiya olunması ilə bağlı beynəlxalq imicinə xələl gətirir, - Mukan qeyd edib.

Seymur Məmmədov
Pərvanə Sultanova

Azvision.az

Teqlər: Ermənistan   Qarabağ  







Xəbər lenti