Ukrayna ordusunda ilk dəfə qadın komandan təyin edilib

  30 İyul 2021    Oxunub :501
Ukrayna ordusunda ilk dəfə qadın komandan təyin edilib
Ukrayna Silahlı Qüvvələrinin tibbi qüvvələr komandanı vəzifəsinə Tatyana Ostaşenko təyin olunub.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Andrey Taran bildirib.

O deyib ki, ölkə tarixində ilk dəfədir ki, orduda qadın komandan təyin olunur.

"İlk dəfə bir qadın Ukrayna Silahlı Qüvvələrində komandan vəzifəsində çalışacaq. Biz tədricən yeni model Silahlı Qüvvələrinin qurulmasına doğru irəliləyirik. NATO -nun prinsip və yanaşmalarına uyğun olaraq aparılan islahatlar sayəsində artıq qadınların kişilərlə bərabər hərbi xidmət keçmək imkanı var. Qeyd etmək lazımdır ki, şəxsi ünsiyyətdən sonra Ali Baş Komandan, Ukrayna Prezidenti Vladimir Zelenski bu seçimə özünün qeyd-şərtsiz dəstəyini ifadə etdi", - Taran söyləyib.

Pərvanə Sutanova
Azvision.az

Teqlər: Ukrayna  







Xəbər lenti