Prezidentin qətlinə görə daha bir polis saxlanılıb

Prezidentin qətlinə görə daha bir polis saxlanılıb
  31 İyul 2021    Oxunub:966
Haiti prezidenti Jovenel Moizin qətli ilə bağlı aparılan istintaq çərçivəsində daha bir polis əməkdaşı - Uilyam Moiz saxlanılıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Haiti Milli Polisi məlumat yayıb.

Onlar (həbs edilmiş agentlər) cinayət zamanı silahlı muzdluları müşayiət ediblər”, - qurumun nümayəndəsi Mari Mişel Verye bildirib. O, həmin şəxslərin cinayətdə iştiraklarının detallarını açıqlamayıb.

Cinayət işi üzrə bundan əvvəl üç polis məmuru - Bonnie Gregory, Clipson Charles və Jean Eddie Charles həbs edilib. Daha 9 agent də saxlanılıb və evlərində FTB tərəfindən axtarış aparılıb.

Haiti polisi mərhum prezident Jovenel Moizin öldürülməsi ilə əlaqədar 46 məhkəmə dindirməsi aparıb, silahlı hücumda iştirak etməkdə günahlandırılan və 18-i Kolumbiya vətəndaşı olmaqla 27 nəfəri həbs edib. Daha 6 nəfər axtarışdadır, onların arasında “silahlı və təhlükəli” keçmiş senator, keçmiş hakim və iş adamı da var.

Prezident Moiz iyulun 7-nə keçən gecə şəxsi iqamətgahına edilən hücumda ldürülüb. Həyat yoldaşı Martin Moizz isə yaralanıb və Mayami xəstəxanasında müalicə alıb. Prezidentin dəfn mərasimi iyulun 23 -də keçirilib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Haiti  





Xəbər lenti