Toylara görə 1 nəfər həbs edilib, 84 nəfər cərimələnib

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 84 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 1 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə inzibati qaydada həbs edilib, 2 nəfər barədə material baxılması üçün məhkəməyə göndərilib, 2461 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.
Azvision.az
Teqlər: Toy