Qorbaçov START-1 müqaviləsindən danışıb
Strateji Hücum Silahlarının Azaldılması və Məhdudlaşdırılması (START-1 - Strategic Arms Reduction Treaty) tədbirləri haqqında ilk müqavilə
31 iyul 1991 -ci ildə Qorbaçovla ABŞ prezidenti Corc Buş arasında Moskvada keçirilən görüşdə imzalanıb.
“START-1-in otuz ili çox yaxşı ildönümüdür. Hər kəsi təbrik etmək olar. Və bu gün demək istəyirəm: strateji hücum silahlarının azaldılması ən vacib mövzu olaraq qalır ", - Qorbaçov sənədin imzalanmasının yubileyi münasibətilə bildirib.
Sabiq sovet lideri bu mövzunun indi bağlanmadığını vurğulayıb: "Yaxşı ki, prezidentlərin razılaşdığı kimi strateji sabitlik mövzusunda danışıqlar nəhayət başlayıb. Ümid edirəm ki, heç kim ondan geri çəkməyəcək".
Pərvanə Sultanova
Azvision.az