Yer kürəsinə nəhəng asteroid yaxınlaşır- NASA

  31 İyul 2021    Oxunub :1182
Yer kürəsinə nəhəng asteroid yaxınlaşır-   NASA
Təhlükəli asteroid Yer kürəsinə doğru hərəkət edir.
Azvision.az xəbər verir ki, bu barədə "Daily Star" NASA-ya istinadən məlumat yayıb. Qeyd edilir ki, "2019 YM6" adlı asteroid bu gün Yerin yaxınlığından keçəcək.

NASA -nın məlumatına görə, bu "kosmik qaya"nın diametri 100 ilə 230 metr arasında dəyişir. Onun hərəkət sürəti saatda 48.500 kilometrə çatır. Hesablamalara görə, asteroid iyulun 31-də Yerə ən yaxın məsafədə olacaq. Halbuki ondan planetimizə olan məsafə 6,87 milyon kilometrdir.

NASA nə asteroidin surətinin, nə böyüklüyünün, nə də Yerə olan məsafəsinin planetimiz üçün təhlükə yaratmadığını açıqlayıb.

Tural Tağıyev
Azvision.az

Teqlər: Asteroid   NASA  







Xəbər lenti