Hollandiya meşə yanğınlarına görə xüsusi briqada yaradır

   Hollandiya meşə yanğınlarına görə xüsusi briqada yaradır
  31 İyul 2021    Oxunub:893
Hollandiyada yanğınlarla mübarizə üçün xüsusi xilasedicilərdən ibarət qruplar fəaliyyət göstərəcək.
Azvision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

"Meşə yanğınları ilə mübarizədə səfərbər ediləcək yeni yanğınsöndürmə briqadalarının üzvləri alovlarla mübarizə üçün xilasetmə maşınlarının çata bilmədiyi yerlərə piyada gedəcəklər",-məqalədə yazılıb. Qeyd edilir ki, bu cür xüsusi təlim görmüş bölmələr təbii fəlakətin yayılmasını dayandırmaq üçün qarşılarına çıxan alovlanmış kol və budaqları aradan qaldıracaqlar. Hər bir briqada minimum 16 və maksimum 20 yanğınsöndürəndən ibarət olacaq.

O da bildirilir ki, Hollandiyada geniş miqyaslı meşə yanğınları getdikcə daha çox meydana gəlir. Yanğınsöndürmə və xilasetmə xidmətlərinin yaydığı məlumatlara əsasən ötən il meşə yanğınlarının sayı 640 -dan çox olub. De Meinveq Milli Parkı və De Deurnes Peel bölgəsindəki böyük yanğınlar zamanı qoruqların 900 hektardan çox hissəsi yanmışdı. Xilasetmə qrupları 2022 -ci ilin aprelində hazır olmalıdır.

Son günlər Türkiyədə ağır fəsadlar törədən meşə yanğınları bir sıra ölkələri yanğınla mübarizə tədbirlərinə yenidən baxmağa vadar edib. Geniş meşə zolaqlarına malik ölkələr bu cür təbii fəlakətlərin qarşısının tez bir zamanda alınması üçün yeni üsullar axtarırlar.

Tural Tağıyev
Azvision.az



Teqlər: Hollandiya   Yanğın   Briqada  





Xəbər lenti