Rusiya Türkiyəyə beş təyyarə və üç helikopter göndərib

Rusiya Türkiyəyə beş təyyarə və üç helikopter göndərib
  31 İyul 2021    Oxunub:1425
Rusiya meşə yanğınlarını söndürmək üçün Türkiyəyə beş təyyarə və üç helikopter göndərib.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyə liderinin mətbuat xidməti məlumat yayıb.

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan telefon danışığı zamanı rusiyalı həmkarı Vladimir Putinə meşə yanğınlarının söndürülməsindəki köməyinə görə təşəkkür etdi. Rusiya Türkiyəyə beş ədəd 40 tonluq su qəbulu olan İl-76 təyyarəsi və üç Mi-8 helikopteri göndərdi", - açıqlamada vurğulanıb.

Qeyd edək ki, daha əvvəl Kremlin mətbuat xidməti liderlərin telefon danışığı barədə məlumat yayıb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Rusiya   Türkiyə   Yanğın  





Xəbər lenti