9 min il əvvəlin dəhşətli maskaları tapılıb

9 min il əvvəlin dəhşətli maskaları  tapılıb
  17 Mart 2014    Oxunub:1243
İsraildə 9 min il əvvələ təsadüf edən dəhşətli maskalar tapılıb.
İsrail arxeoloqları Yerusəlim yaxınlığında apardıqları qazıntılar zamanı yaxşı vəziyyətdə qalmış 12 maska tapıblar. Alimlər onların 9 min il əvvələ- neolit dövrünə aid olduğunu bildiriblər.

AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, daş üzərinə həkk olunan maskaların hər birinin çəkisi 2-3 kiloqramdır.

Apardıqları tədqiqatlar nəticəsində alimlər belə qənaətə gəliblər ki, maskaların böyüklüyü həmin dövrdə insanların üz cizgilərinin iriliyindən xəbər verməklə yanaşı, həm də onların insanın sifətində rahat dayanması məqsədi daşıyıb.

Üzərində insanları dəhşətə gətirən görüntülərin olduğu maskalara baxan hər kəs istər - istəməz qorxu hissi keçirməli olur.


Teqlər:  





Xəbər lenti