Tacikistanda Əfqanıstanla sərhəddə yeni post açılıb

Tacikistanda Əfqanıstanla sərhəddə yeni post açılıb
  31 İyul 2021    Oxunub:1840
Tacikistan Əfqanıstanla sərhəddə ABŞ -ın maliyyə dəstəyi ilə yenidən qurulan sərhəd məntəqəsini istifadəyə verib.
Azvision.az - ın məlumatına görə, bu barədə "Xovar" agentliyi xəbər yayıb.

Mərasimində Tacikistan Sərhəd Qoşunlarının komandir müavini Rəcəb Saodatzoda və ABŞ -ın Düşənbədəki müvəqqəti işlər vəkili Con Qinkel iştirak ediblər. Postun yenidən qurulmasının dəyəri 570 min dollar təşkil edib. Qeyd olunub ki, bu, Xatlon əyalətinin Şahritu rayonunda Əfqanıstanla sərhəddə monitorinq və patrul xidməti üçün əlavə imkanlar yaradır. Yenidən qurulan post sərhəd pozuntuları, narkotik ticarəti, qaçaqmalçılıq və silahlı ekstremizm də daxil olmaqla transmilli təhdidlərə qarşı mübarizə imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək.

Xatırladaq ki, son günlər Əfqanıstanda "Taliban"ın hücumları artırması sərhəd dövlətlərə, o cümldən Tacikistana problemlər yaradıb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Tacikistan   Əfqanıstan  





Xəbər lenti