İlk milli sosial şəbəkənin qurucusu: "Planlarımız böyükdür" - Müsahibə+Fotolar
- Sizi fərqləndirən cəhət nədir?
- “Wibty”də insanlar bir-birlərini musiqi zövqlərinə görə tanıyıb, tapa biləcəklər. Hazırda sosial şəbəkəmiz fəaliyyət göstərir. Lakin tələbə görə ona funskionallıq yazırıq. Fərqliliyimiz ondan ibarətdir ki, insanlar bir-birlərinin olduğu əhvalı-ruhiyəni görə, dinlədikləri musiqini məsləhət edə biləcəklər.
- Sosial şəbəkələr deyəndə ağla “Facebook”, “İnstagram”, “Twitter” gəlir. Hər birinin özəlliyi var. Sizin lahiyənin özəlliyi sırf musiqi üzərində olmasıdır?
- Xeyir, burada musiqi ilə yanaşı, videolar, yazılar da paylaşılacaq.
- Şəbəkə iyulun 19-dan fəaliyyətə başlayıb. Bu dövrdə nə qədər insan qeydiyyatdan keçib?
- Hazırda 50 mindən çox qeydiyyat var. Bu nəticə çox yaxşıdır. “Google Play”də trenddə birinci yerdəyik. Hazırda bir qədər düşüş var, bu da proqramın tam rejimdə işləməməsi ilə bağlıdır. İlk günlər 50 min nəfərin qeydiyyatdan keçəcəyini gözləmirdik. İndi gecikmələr və texniki problemlər yaşanır, onun üzərində işləyirik. Bunlar olmasaydı, bəlkə də qeydiyyatdan keçənlərin sayı 150-200 mini ötərdi. Hazırda reklamı dayandırmışıq ki, bütün problemləri aradan qaldıraq və ikinci versiyada artıq bütün gücümüzlə PR işlərinə başlayaq.
- Hazırda “Wibty” işləyirmi, yəni daxil olmaq mümkündürmü ?
- Bəli, mümkündür. Lakin aktiv vaxtlarda cox zaman qeydiyyat dayanır. Hazırda əsas serverin üzərində çalışırıq ki, yeni versiya tam gücü ilə işləsin.
- İnsanları nə ilə cəlb edə biləcəksiz?
- Biz insanların xarakterində olan detalları araşdırıb, onun üzərində qurulan sosial şəbəkə yaratmışıq. Fərqli əhvalda ola bilirik, fərqli musiqi janrlarına qulaq asa bilirik. İnsanlar dostluq atdıqları zaman xəritə üzərindən hansı əhvalda olduqlarını və harada olduqlarını görə biləcəklər. “Wibty” bu müşahidələrin üzərində qurulmuş sosial şəbəkədir.
- Tam versiyanın təqdimatı nə zaman olacaq?
- Problem yaranmarsa, tam versiyanı noyabrın 23-ü təqdim etməyi planlaşdırırıq. “Wibty” qlobal səviyyədə proyekt olacaq. Planları bunun üzərində qurmuşuq.
- Bu gün sosial şəbəkələr çoxdur. İnanırsınızmı ki, sizin layihə uğurlu olacaq?
- Əlbəttə,ölkədə elə bir sosial şəbəkə tanımıram ki, 1 həftədə 50 min qeydiyyatı olsun. 2016-cı ildə birinci gün açılışımızda 85 min qeydiyyat yığan komandayıq. Birinci gün 85 min qeydiyyat ölkə miqyasında görülməyən və əlçatmaz nəticədir. Bu nəticəni əldə etmək üçün reklama 100 min manat xərcləmək lazımdır.
Aytən Zəhra
Azvision.az
Teqlər: Sosial-şəbəkə