“Delta” ştammı 15 ölkədə vəziyyəti ağırlaşdırıb

“Delta” ştammı 15 ölkədə vəziyyəti ağırlaşdırıb
  31 İyul 2021    Oxunub:853
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus pandemiyasının dördüncü dalğası barədə xəbərdarlıq edib. Hazırda bu dalğa Mərakeşdən Pakistana qədər 15 Yaxın Şərq ölkəsini əhatə edir.
Azvision.az xəbər verir ki, koronavirus ştamının mutasiyaya məruz qalmış “Delta” versiyasının yayılması Şərqi Aralıq dənizi regionuna daxil olan bir sıra ölkələrdə COVID-19-a yoluxanların və bu virusla bağlı ölüm hallarının sayının artmasına səbəb olur.

ÜST-nin Şərqi Aralıq dənizi regional bürosunun direktoru Əhməd Əl-Mandharinin sözlərinə görə, bu gün həmin regionda COVID-19-un dördüncü dalğası müşahidə olunur.

Yeni yoluxma və xəstəxanaya düşmə hallarının əksəriyyəti immunizasiya keçməmiş insanların payına düşür.
ÜST region ölkələrində koronavirusa yoluxma sayının 55 faiz, ölüm hallarının 15 faiz artmasını qeydə alıb. Nəticədə həftəlik yoluxma səviyyəsi 310 minə, həftəlik ölüm hallarının sayı isə 3500-ə çatıb.

Azvision.az


Teqlər: Koronavirus  





Xəbər lenti