Azərbaycandan gələn yardımla yanğınsöndürən təyyarələrin sayı artdı - Ərdoğan

  31 İyul 2021    Oxunub :780
   Azərbaycandan gələn yardımla yanğınsöndürən təyyarələrin sayı artdı -    Ərdoğan
"Azərbaycan, Rusiya, Ukrayna və İrandan gələn yardımla yanğının söndürülməsinə cəlb olunan yanğınsöndürən təyyarələrin sayı artıb".
Azvision.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. O bildirib ki, yardımların edilməsi  yanğınların vaxtında aşkarlanmasında və tez zamanda söndürülməsində mühüm əhəmiyyət kəsb edir:

"Belə zamanlarda qardaşlığa, həmrəyliyə daha çox ehtiyac duyulur. Yanğınların əksəriyyəti nəzarət altına alınıb. Atdığımız son addımlarla yanğının söndürülməsinə cəlb edilən təyyarələrin sayı 6-dan 13-ə çatdırılıb. Yanğınla mübarizəni həssas şəkildə aparmaq məcburiyyətindəyik".

Azvision.az

Teqlər: Türkiyə   Yanğın  







Xəbər lenti