"Yanğından zərərçəkənlərə kömək ediləcək" - Ərdoğan

   "Yanğından zərərçəkənlərə kömək ediləcək" -  Ərdoğan
  31 İyul 2021    Oxunub:2120
Türkiyə hökuməti meşə yanğınlarının zərərini aradan qaldırmaq üçün büdcədən 6 milyon dollar pul ayırıb.
Azvision.az xəbər verir ki, bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan meşə yanğınları zonasında aparılan yoxlamadan sonra keçirdiyi mətbuat konfransında məlumat verib.

“Hər bir zərərçəkən dövlətdən yardım alacaq. Zərər tam ödəniləcək, vergilər təxirə salınacaq. İl ərzində fəlakət zonasında yanmış bütün yaşayış binaları yenidən qurulacaq".

Prezident həmçinin bildirib ki, yanğın zamanı zərərçəkənlərə ev kirayələmək üçün vəsait ayrılacaq. Dövlət fermerlərə, heyvandarlara və istixana sahiblərinə dəymiş ziyanı ödəyəcək. Meşə yanğınları zonasındakı 35 kəndin elektrik təchizatı bərpa edilib. Ehtiyat tədbiri olaraq 12 yaşayış məntəqəsinə elektrik enerjisi verilməsi müvəqqəti olaraq dayandırılıb.

Dövlət başçısı qeyd edib ki, 31 iyul şənbə axşamına qədər əksər meşə yanğınları artıq lokallaşdırılıb və söndürülüb.

“Son üç gündə meşə yanğınlarının söndürülməsinə 4000 adam cəlb edilib. Fəlakət zonasında 6 təyyarə, 45 helikopter, 1 pilotsuz vertolyot, 9 pilotsuz uçuş aparatı, 117 yanğınsöndürən maşın işləyir ", - Ərdoğan qeyd edib.

Dövlət başçısı xatırladıb ki, Ukrayna, Rusiya, Azərbaycan və İran Türkiyəyə kömək üçün təyyarə göndərib.

Ərdoğan pilotsuz uçuş aparatlarının yanğın zonalarında istifadəsini yüksək qiymətləndirib. Prezident bildirib ki, pilotsuz uçuş aparatları sayəsində yanğın mənbələrini tez müəyyən edə və yanğının yayılmasının qarşısını ala biliblər.

Azvision.az


Teqlər: Türkiyə   yanğın  





Xəbər lenti