"Taliban"ın həbsxanaya hücumunun qarşısı alınıb

"Taliban"ın həbsxanaya hücumunun qarşısı alınıb
  02 Avqust 2021    Oxunub:763
“Taliban” radikal hərəkatının yaraqlıları Əfqanıstanın cənubundakı Gilmend əyalətində həbsxanaya hücum edib. Ölkənin təhlükəsizlik qüvvələri hücumun qarşısınsı alınıb.
Azvision.az xəbər verir ki, bu barədə Əfqanıstanın Müdafiə Nazirliyinin nümayəndəsi Favad Aman Tvitterdə yazıb.

Onun sözlərinə görə, 40 “Taliban” yaraqlısından 38 nəfər öldürülüb: "Dünən gecə Gilmend əyalətinin mərkəzi şəhəri Laşkarqahdakı həbsxanyaa "Taliban" terrorçularının hücumu uğursuz oldu. 40 terrorçudan 38 -i öldürüldü, ikisi yaralandı", - Aman bildirib.

Bundan əvvəl müddət əvvəl Əfqanıstan mətbuatı Laşkarqahda "Taliban"la döyüşlərin getdiyi və şəhərə xüsusi təyinatlıların yerləşdiyi barədə xəbər yaymışdı.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Əfqanıstan  





Xəbər lenti