"Diasporanı pul qabı kimi qəbul etməyi dayandırmalıyıq" - Sarkisyan

"Diasporanı pul qabı kimi qəbul etməyi dayandırmalıyıq" -  Sarkisyan
  02 Avqust 2021    Oxunub:1176
Ermənistan diasporanı pul qabı kimi qəbul etməyi dayandırmalı və ölkənin taleyinin həllində iştirakına imkan verməlidir.
Azvision.az xəbər verir ki, bunu Ermənistan prezidenti Armen Sarkisyan yeni çağırış parlamentin ilk iclasında deyib.

Onun sözlərinə görə, Ermənistan dünyada tanınan diaspor nümayəndələrinin nailiyyətləri ilə fəxr etməyə alışıb, lakin onun potensialından istifadə etmir.

"Ermənistanın deyil, dünyanın ermənilərin böyük potensialından istifadə etməsi paradoksal bir vəziyyətdir. Ermənistan üçün diaspor cüzdan deyil, siyasi və milli kimliyinin ən vacib hissəsidir. Ermənilərin vətənlərinin taleyinə təsir etmək hüququ var. Ermənistan və diaspor eyni medalın iki tərəfləridir. Bu faktı artıq gözdən qaçırmaq olmaz, siyasi iradənin və lazımi hüquqi mexanizmlərin konsolidasiyasının vaxtı gəldi", - Sarkisyan bildirib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Ermənistan   Diaspor  





Xəbər lenti