Rusiyalı ekspert: "Erməni cəmiyyəti "kardaşyanlaşır"

   Rusiyalı ekspert:    "Erməni cəmiyyəti "kardaşyanlaşır"
  03 Avqust 2021    Oxunub:1008
"Rusiya Qafqazşünasları Cəmiyyəti"nin elmi portalının baş redaktoru Andrey Areşev Erməni KİV-lərinə verdiyi açıqlamasında Azərbaycan-Ermənistan sərhədində baş verənlərə toxunarkən məsələnin Kremlin diqqət mərkəzində olduğunu bildirib. Məşhur rus tarixçisi, etnoqrafı və eksperti Ermənistanda baş verən son prosesləri də şərh edib.
"Hansısa sövdələşmənin getdiyi açıq-aydın görünür. Çünki Azərbaycan və Ermənistan rəhbərlərinın Moskva səfərlərinin intensivliyini nəzərə alsaq, məsələnin mühüm olduğunu bir daha anlayarıq. Paşinyanın səfərindən sonra "çətin kompromis və qərarlar"dan danışılırdısa, Əliyevin Moskva səfəri zamanı Putin ona kompromislərə görə təşəkkür etdi", - Areşev vurğulayıb.

Rusiyalı politoloq qeyd edib ki, əvvəllər ekspertlər erməni cəmiyyətinin "qarabağlaşdığını" desələr də, artıq biz bu cəmiyyətdə "kardaşyanlaşma" müşahidə edirik. "Bu termini mən fikirləşməmişəm, o tam olaraq erməni cəmiyyətində hazırda baş verənləri özündə əks etdirir", - Areşev deyib.


Erməni əsilli Kim Qardaşyanın kim olduğu isə hər kəsə bəllidir. Kardaşyanlar ailəsi bütün üzvləri ilə birlikdə Kaliforniyanın əksər eskort xidmətlərində çalışıblar. Rusiyalı ekspert "erməni cəmiyyətinin kardaşyanlaşması" deyərkən, dolayi yolla elə bunu nəzərdə tutur.

Xatırladırıq ki, 2015-ci ildən başlayaraq Kardaşyan ailəsi tez-tez Ermənistana gəlir, burada "xeyriyyə" aksiyaları keçirir, erməni kilsəsinə ianə verir və Ermənistanın təbliğilə məşğul olurlar.

Şahin Ömər
Azvision.az


Teqlər: Ermənistan   Qardaşyan  





Xəbər lenti