FHN işçiləri beş nəfər xilas edib

FHN işçiləri beş nəfər xilas edib
  02 Avqust 2021    Oxunub:1148
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən 61 halda yanğına çıxış və köməksiz vəziyyətdə qalma faktları üzrə 3 halda qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
FHN-in mətbuat xidmətindən Azvision.az -a bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, ötən sutka ərzində 2-si azyaşlı olmaqla 5 nəfər xilas edilib. Həmçinin Biləsuvar rayonunda iki yük avtomobilinin toqquşması nəticəsində sıxılmış vəziyyətdə qalan bir nəfərin meyiti deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Azvision.az


Teqlər: FHN  





Xəbər lenti