Qani ölkədəki mövcud vəziyyətə görə ABŞ-ı günahlandırıb

Qani ölkədəki mövcud vəziyyətə görə ABŞ-ı günahlandırıb
  02 Avqust 2021    Oxunub:716
ABŞ qoşunlarının qəfil Əfqanıstandan çıxması ölkədə vəziyyətin gərginləşməsinə səbəb olub.
Azvision.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Əfqanıstan Prezidenti Əşrəf Qani bildirib.

- Mövcud vəziyyətin səbəbi qərarın birdən-birə qəbul edilməsidir, - Qani parlamentdəki çıxışında deyib. O, amerikalıları belə bir addımın mümkün nəticələri barədə xəbərdar etdiyini söyləyib.

Agentliyin məlumatına görə, hazırda ölkənin cənub bölgəsində hökumət qüvvələri "Taliban"ın hücumunun qarşısını almağa çalışır.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Əfqanıstan   ABŞ  





Xəbər lenti