Türkiyədə yanğınla bağlı son vəziyyət: İspaniyadan amfibiyalar gəlir

 Türkiyədə yanğınla bağlı son vəziyyət:  İspaniyadan amfibiyalar gəlir
  02 Avqust 2021    Oxunub:4970
Son 5 gündə 132 yanğından 125 -nə nəzarət etdik, 7 -si hələ də davam edir. Təşkilatımız kənd yanğınlarına 78 müdaxilə edib.
Azvision.az xəbər verir ki, bunu Türkiyənin kənd təsərrüfatı və meşə naziri Bəkir Pakdemirli deyib. Onun sözlərinə görə, Marmarisdəki yanğın davam edir, günortadan sonra hava şəraiti ilə əlaqədar potensial təhlükə yaranıb.

"Səhər saatlarında nazirlərlə birlikdə yanğınlarla bağlı araşdırma apardıq. Köyceğizdə yanğın dağlıq ərazilərdə, yaşayış məntəqələrindən uzaqda davam edir. Buradakı əhəmiyyətli və geniş yayılmış bir yanğındır.

Bu gün Milasdakı alovu söndürmək üçün qurudan və havadan ciddi müdaxilə edəcəyik".

Nazir bildirib ki, Seydikemer, Gündoğmuş və Manavqat ərazilərində yanğın davam edir. Gündoğmuşda yaşayan əhalinin təxliyə edilməsi qaçılmazdır. Tunceli Hozat rayonunda baş verən yanğın isə nəzarət altına alınıb.

Bu gün daha bir yanğın İspartanın Sütçüler məhəlləsində baş verib. Hadisə yerinə dərhal 1 təyyarə, 15 su nasosu və 200 -dən çox xilasedici göndərilib.

Yanğınların söndürülməsinə 16 təyyarə, 9 pilotsuz uçuş aparatı, 51 helikopter, 1 pilotsuz vertolyot, 850 su çiləyicisi, 150 iş texnikası və 5 mindən çox şəxsi heyət cəlb olunub.

"Təyyarələrdən 6 -sı hazırda amfibiyadır. Bu gün İspaniyadan gələcək. Yaxın saatlarda onları komandaya əlavə edəcəyik".

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Yanğın   Türkiyə  





Xəbər lenti