Erməni katalikosdan etiraz: Spikerin əli havada qaldı- VİDEO

    Erməni katalikosdan etiraz: Spikerin əli havada qaldı-   VİDEO
  02 Avqust 2021    Oxunub:1104
Bu gün Ermənistanın yeni, 8 -ci çağırış parlamentinin ilk iclasında maraqlı hadisə yaşanıb. Azvision.az ​xəbər verir ki, Parlamentin yeni rəhbərliyi formalaşana qədər onun iclasına ən yaşlı deputat olan Ermənistan Kürd icmasının parlamentdəki təmsilçisi Knyaz Həsənov sədrlik edib.
Parlamentin iclasına bütün ermənilərin katalikosu II Qaregin və prezident Armen Sarkisyan da qatılıb. Həsənov prezidentə və katolikosa təşəkkür edərək onlarla sağollaşarkən II Qaregin saymamazlıq göstərib. Millət vəkilinin əli havada qalıb, katolikos onunla əl sıxmadan parlament zalını tərk edib.
Yerli media bunu katalikosun Nikol Paşinyanın yenidən baş nazir seçilməsinə etiraz addımı kimi qəbul edib.

Qeyd edək ki, Ermənistan parlamentinin 8-ci çağırışı 107 deputatdan ibarədir. Parlamentdə "Vətəndaş müqaviləsi" partiyası 71, müxalifət bloku olan "Hayastan" 29, "Mənim şərəfim var" bloku isə 7 yerə sahibdir.



Tural Tağıyev
Azvision.az



Teqlər: Katalikos  





Xəbər lenti