Əsgər Akayev Bişkekə gətirilib

Əsgər Akayev Bişkekə gətirilib
  02 Avqust 2021    Oxunub:842
Qırğızıstanın keçmiş prezidenti Əsgər Akayev Bişkekə gətirilib. Azvision.az xəbər verir ki, bu barədə ölkənin Dövlət Milli Təhlükəsizlik Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, sabiq prezident "Kumtor" mədəninin istismarı ilə bağlı cinayət işi çərçivəsində dindiriləcək.

Xatırladaq ki, sözügedən cinayət işinə görə Akayevlə yanaşı sabiq prezident Kurmanbek Bakiyev də verilib.

Qızıl yatağını 30 ilə yaxındır ki, Kanadanın “Centerra Gold Inc.” şirkəti istismar edir. Qırğızıstan ekoloji normaların pozulması və mədənin işlənməsi zamanı vergilərdən yayınmaya görə şirkətə qarşı 4,2 milyard dollarlıq maliyyə iddiası qaldırıb.

Xatırlladaq ki, yatağın 700 tona yaxın ehtiyatı var.

Əsgər Akayev 2005 -ci ilin mart inqilabından sonra Moskvada yaşayır və işləyir və həmin müddətdən bəri heç vaxt vətənində olmayıb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Qırğızıstan   Əsgər-Akayev  





Xəbər lenti