Füzulidə 4 erməni hərbçinin cəsədi tapılıb

Füzulidə 4 erməni hərbçinin cəsədi tapılıb
  02 Avqust 2021    Oxunub:1297
İkinci Qarabağ müharibəsi zamanı ölmüş daha 4 erməni hərbçinin meyitinin qalıqları tapılıb.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, cəsədlər Füzuli rayonunda aşkar edilib.

Onların şəxsiyyətini müəyyənləşdirmək üçün məhkəmə-tibbi ekspertizası təyin ediləcək.

Bununla da İkinci Qarabağ müharibəsindən sonrakı dövr ərzində - 13 noyabrdan bəri 1623 erməni hərbçinin cəsədi və ya cəsədinin qalıqları tapılıb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Qarabağ   Cəsəd   Erməni  





Xəbər lenti