Kiyevdə Belarus Evinin rəhbəri itkin düşüb

   Kiyevdə Belarus Evinin rəhbəri itkin düşüb
  02 Avqust 2021    Oxunub:1171
Ukraynadakı Belarus Evinin rəhbəri Vitali Şişov itkin düşüb. Azvision.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
Qeyd edilir ki, Şişov idman qaçışı üçün evdən çıxıb və geri qayıtmayıb. Onun paytaxtın Svyatoşinski rayonunda yoxa çıxdığı iddia olunur.

Məsələ artıq Ukrayna Təhlükəsizlik Xidməti və polisin nəzarətinə götürülüb.

"Şişovun adətən qaçış üçün istiqamət götürdüyü ərazilər araşdırılıb. Amma Vitalinin heç bir izini tapa bilməyiblər. Polisə də xəbər verilib. Əraziyə kinoloq gedib və axtarışlar davam edir",- yerli saytlar yazıb.

Tural Tağıyev
Azvision.az



Teqlər: Ukrayna   İtkin  





Xəbər lenti