Gəmi qalmaqalı böyüyür: ABŞ İrana kollektiv cavab hazırlayır
"Hazırda Böyük Britaniya, İsrail, Rumıniya və digər ölkələrlə çox sıx təmaslar qururuq. Hadisəyə kollektiv cavab veriləcək",-Blinken brifinqdə deyib.
Xatırladaq ki, Oman sahillərində “Mercer Street” tankerinə hücum olub. ABŞ və Böyük Britaniya hücumun arxasında İranın dayandığını bəyan edirlər. Ticarət gəmisinin vurulması beynəlxalq hüququn açıq şəkildə pozulması kimi qiymətləndirilir.
“Associated Press” agentliyinin yaydığı məlumata görə, Liberiya bayrağı altında üzən “Mercer Street” “Zodiac Group”un sahibi olan israilli iş adamı Eyal Oferlə əlaqələndirilir. ABŞ Hərbi Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) tankerə pilotsuz təyyarə ilə hücum edildiyi qənaətindədir.
Tural Tağıyev
Azvision.az